Çapa göndər
Ukrayna ordusu əks-hücuma keçdi

14 mart 2022 - 11:48

Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks hücuma keçib.

Bunu Odessa Regional Hərbi Administrasiyasının Operativ Qərargahının nümayəndəsi Sergey Bratçuk feysbuk səhifəsində yazıb.

“Biz İzyum yaxınlığında əks-hücuma keçdik. Ukraynalı hərbçilərin fəal əks-hücum hərəkətləri nəticəsində qarşı tərəf Topolskoye, Şpakovka, Donetsk yaşayış məntəqələri ərazisində itki verib və geri çəkilib”, - o bildirib.