Çapa göndər
Putin: "Ukrayna-Rusiya danışıqlarında irəliləyiş var"

11 mart 2022 - 16:09

Rusiya ilə Ukrayna arasında demək olar ki, hər gün davam edən danışıqlarda müəyyən müsbət dəyişikliklər müşahidə olunur.

Bunu Rusiya prezidenti Vladimir Putin cümə günü belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib.

"Mən sizə Ukrayna istiqamətindəki vəziyyət, hər gün aparılan danışıqların indi necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Müəyyən müsbət irəliləyişlər var", - Putin bildirib.