10 mart 2022 - 15:56
“Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antalyada Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”, - deyə o qeyd edib.
“Bizə hücum edən ölkə və dövlət bunu istəmirsə, müharibəni dayandırmayacağıq.
Mənim təəssüratım odur ki, Rusiya atəşkəs istəmir. Onlar Ukraynanın təslim olmağını istəyirlər. Ukrayna güclüdür, biz onların planlarını alt-üst etdik. Biz balanslı şəkildə diplomatik həllə hazırıq, amma təslim olmayacağıq”, - Kuleba qeyd edib.