10 mart 2022 - 15:24
"Biz görürük ki, bizim qərbli tərəfdaşlarımız nə qədər təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra deyib.
O qeyd edib ki, Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil.
Nazirin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib, Rusiya, sadəcə, o ərazidən gələn təhlükəyə cavab verib:
“Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.
Lavrov ABŞ-ın Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etdiyini də bildirib.