Çapa göndər
Belarus könüllülər briqadası Ukraynaya köməyə gəldi

09 mart 2022 - 13:22

Belarus könüllülərindən ibarət briqada artıq ukraynalıların tərəfində döyüşlərə qoşulub.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Briqada komandiri bildirib ki, Belarusdan 60-a yaxın döyüşçü gəlib.

Xatırladaq ki, Ukraynada Beynəlxalq Müdafiə Legionu yaradılıb. Legiona xarici dövlətlərin vətəndaşları qoşula bilər.