Çapa göndər
Rusiya Ukraynaya silah və hərbçi göndərən dövlətlərə xəbərdarlıq etdi

09 mart 2022 - 11:29

Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq edib.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar:

"Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər".