Çapa göndər
Ruslar hərbçilərinin meyitlərini götürməkdən imtina edir

08 mart 2022 - 16:46

Ukrayna ilə Rusiya arasındakı müharibə bəşər tarixində bir ilk olacaq ki, döyüşən tərəflərdən birinin ordusu öz ölülərini götürməkdən imtina edib.
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko telemarafonda deyib.
"Bu, bəşər tarixində ordunun öz ölülərini götürməkdən imtina etdiyi ilk müharibədir. Bəşəriyyət tarixində heç vaxt belə bir şey olmayıb", - nazir müşaviri deyib.
Denisenko qeyd edib ki, Ukrayna ordusuna əsir düşən rusiyalı hərbçilərin sayı da həddindən artıq çoxdur.
O, əlavə edib ki, əsir düşən rusların bir çoxu sonradan Rusiyada mühakimə olunacağından qorxur.

Xatırladaq ki, Rusiya Federasiyası fevralın 24-də səhər tezdən Ukraynaya müharibəyə başlayıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 8-nə olan məlumatına görə, rusların itkiləri təxminən 12 min nəfər təşkil edib. 2 min rus əsgərinin isə əsir düşdüyü bildirilir.