07 mart 2022 - 20:29
Rus ordusu Severodonetskdəki “Kamelot” yaşayış kompleksinə gələn həkimlərə atəş açıb. Həkimlər arasında xəsarət alanlar var.
Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda yazıb.
O bildirib ki, həkimlər rayon sakinlərinə tibbi yardım göstərmək üçün gəliblər:
"Bu ərazidə heç vaxt hərbi obyektlər, hərbi qulluqçular olmayıb".