05 mart 2022 - 12:19
Ukrayna Prezident Ofisi ölkənin Mariupol və Volnovaxi şəhərlərində müvəqqəti atəşkəsin elan olunması və humanitar dəhlizlərin açılması barədə məlumat yayıb.
Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırda bununla bağlı işlər görülür.
“Mariupol və Volnovaxidə humanitar dəhlizlərin açılmasına hazırlıq görülür. Tərəflər dəhlzilər olan yerdə müvəqqəti atəşkəs elan edib”, - o, bildirib.