Çapa göndər
Belçikadan olan könüllülər döyüşmək üçün Ukraynaya gəldilər

04 mart 2022 - 15:02

Belçikadan olan könüllülərin ilk partiyası Ukraynada Rusiyaya qarşı döyüşmək üçün yola düşüblər.

Bu barədə “Euobserver” Ukrayna səfirliyinə istinadən məlumat yayıb.

“Yeddi nəfər Brüsseldən Polşa-Ukrayna sərhədinə doğru yola düşüb”, – nəşr yazır.

Daha 18 nəfərin də yaxın günlərdə ərizələrini təqdim edib müsahibələrdən keçdikdən sonra Ukraynaya gələcəyi gözlənilir.