Çapa göndər
ATƏT-in əməkdaşı Ukraynada həlak oldu

03 mart 2022 - 19:35

Xarkovun atəşə tutulması nəticəsində ATƏT üzvü həlak olub.

Bu barədə ATƏT-in məlumatında bildirilib.

Qeyd olunub ki, martın 1-də Xarkovun atəşə tutulması nəticəsində həlak olan Marna Fenina ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının üzvü olub.
Onun ailəsinə tədarük apararkən öldürüldüyü bildirilib.

“Bizim Ukraynadakı həmkarlarımız dəstək məqsədi ilə onun ailəsi ilə yaxın əlaqədə qalırlar”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Baş katib Maria Helqa Şmidin bəyanatında bildirib.