Çapa göndər
"Formula 1" Rusiya Qran-prisi ilə müqaviləyə xitam verdi

03 mart 2022 - 16:20

"Formula 1" Rusiya Qran-prisi ilə müqaviləyə xitam verib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Müqavilə 2025-ci ilədək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Rusiya Qran-prisi 2014-cü ildən Soçidə təşkil olunmağa başlayıb. Yarışın 2023-cü ildən Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.