Çapa göndər
Prezident “İçərişəhər”ə yeni sədr təyin etdi

03 mart 2022 - 11:21

Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.