Çapa göndər
Parisdə metro stansiyanın adı Ukraynanın şərəfinə dəyişdirildi

03 mart 2022 - 10:31

Parisdə hərəkat fəallarının dəstəyi ilə "Avropa" metro stansiyasının adı dəyişdirilərək "Avropa-Ukrayna" adlandırılıb. 

Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq bir qrup rəssam Paris metrosunun üçüncü xəttində yerləşən stansiyanın adını müvəqqəti olaraq dəyişdirib.

Aksiyada Ukrayna ilə stend təşkilatının avropalı rəssamları, o cümlədən Ukrayna mədəniyyət xadimləri iştirak ediblər.