Çapa göndər
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı müraciət edəcək

02 mart 2022 - 20:55

Gürcüstan Avropa İttifaqına sürətləndirilmiş qaydada üzv qəbul olunmaqla bağlı sabah rəsmi müraciət edəcək.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müvafiq qərar partiyanın Siyasi Şurasının üzvləri ilə məsləhətləşmədən sonra qəbul olunub.

İ.Kobaxdize xatırladıb ki, Gürcüstan Aİ-yə üzvlüklə bağlı müraciəti 2024-cü ildə təqdim etməyi planlaşdırırdı: “Lakin ümumi siyasi kontekst və yeni reallığı nəzərə alaraq, Gürcüstanın Avropa İttifaqının üzvü statusu almaq üçün dərhal müraciət etməklə bağlı qərar qəbul olundu”.