02 mart 2022 - 18:15
Daxili İşlər Nazirliyi (DİN) qapalı məkanlarda yas mərasimləri təşkil edən şəxslərə xəbərdarlıq edib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirilib ki, koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.
"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq", - o vurğulayıb.