Çapa göndər
Rusiya-Ukrayna görüşü təxirə salındı

02 mart 2022 - 13:25

Bu günə planlaşdırılan Ukrayna-Rusiya danışıqları təxirə salınıb.

Bu barədə "TASS" İnformasiya agentliyi məlumat yayıb. 

Məlum olub ki, Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar yerinə hələ gəlməyib. Ola bilər ki, iclas bir neçə gün təxirə salınsın.

Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların ikinci raundu martın 4-də keçiriləcək.