Çapa göndər
Putinə verilmiş orden geri alındı

01 mart 2022 - 15:33

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) 2014-cü ildə Rusiya Prezidenti Vladimir Putinə verilmiş ordeni geri alıb.

Bu barədə FINA-nın rəsmi saytı məlumat yayıb.

Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri beynəlxalq yarışlarda ölkələrini təmsil edə bilməyəcək. İdmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə biləcəklər.

Bildirilib ki, üzgüçülər FINA himni və bayrağı ilə yarışacaqlar.