01 mart 2022 - 15:12
Azərbaycanla Türkiyə arasında imzalanmış iki saziş təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev fərmanlar imzalayıb.
Birinci fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiqlənib. Bu sənəd 2021-ci il noyabrın 11-də Ankara şəhərində imzalanıb.
İkinci fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. Bu sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb.