Çapa göndər
Semyon Peqov indi də Ukraynadadır

01 mart 2022 - 15:03

İkinci Qarabağ müharibəsində Xankəndindən yalan xəbərlər yayan təxribatçı jurnalist öz fəaliyyətini hazırda Ukraynada göstərir.

Rusiya Federasiyasının 1985-ci il təvəllüdlü vətəndaşı Semyon Vladimiroviç Peqov bu gün eyni missiyanı Ukraynada həyata keçirərək Rusiya və Ukrayna müharibəsində dezinformasiya yaymaqla məşğuldur.

Qeyd edək ki, təxribatçı jurnalist bəzi internet resurslarında ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.