Çapa göndər
Bir qrup könüllü Tbilisidən Ukraynaya yola düşdü

01 mart 2022 - 12:35

Gürcüstanın paytaxtı Tbilisidən 60-a yaxın könüllü avtobusla Ukraynaya yola düşüb.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Könüllülərdən ibarət qrup Ukraynada hərbi və tibbi yardım göstərəcəklər.

Daha bir qrup Ukraynaya yollanmaq üçün Tbilisi Hava Limanında gözləyir.