Çapa göndər
Rus ordusu Xarkovu “Qrad” atəşinə tutdu: Ölənlər var

28 fevral 2022 - 16:19

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Andrey Geraşenko bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, - o, feysbukda yazıb.