Çapa göndər
Rusiya "Avroviziya"dan da kənarlaşdırıldı

25 fevral 2022 - 21:41

Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb.

EBU-nun İcraiyyə Şurası mahnı müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında belə qərar qəbul edib.

Qərar təşkilatın "Ukraynada görünməmiş böhran"la bağlı "narahatlığı" ilə əlaqədar qəbul edilib.

Rusiyanın orada iştirakının müsabiqənin nüfuzuna xələl gətirəcəyi bildirilib