Çapa göndər
Rusiya Avropa Şurasından xaric edildi

25 fevral 2022 - 20:43

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanı təşkilatdan xaric edib.

Bu barədə İtaliyanın xarici işlər nazirliyi məlumat verib.

Qərar Ukrayna və Polşanın təşəbbüsü ilə qəbul edilib.

Şuranın bəyanatda qeyd olunub ki, Rusiya Federasiyasının Avropa Şurasındakı üzvlük hüquqlarının dondurulması müvəqqəti xarakter daşıyır və kommunikasiya kanallarını açıq saxlayır.