Çapa göndər
Rusiya Rumıniya bayraqlı gəmiyə atəş açıb

25 fevral 2022 - 17:04

Rusiyanın Hərbi Dəniz Qüvvələri Qara dənizdə Rumıniya bayraqlı "Millennium Spirit" bunker gəmisinə atəş açıb.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, hazırda gəmi ilə əlaqə mövcud deyil.

Faktla bağlı araşdırma aparılır.