Çapa göndər
Ukrayna əhalisi metrolara sığındı

24 fevral 2022 - 12:34

Bu gün səhər saatlarından etibarən Rusiya-Ukrayna arasında müharibə başlayıb. Artıq Ukraynanın bir sıra şəhərlərinin atəşə məruz qaldığı bildirilir.

Ukrayna Xarici işlər Nazirliyi hərbi hücum əməliyyatının məqsədinin Ukrayna dövlətinin məhv edilməsi, Ukrayna ərazisinin güc yolu ilə tutulması və işğal yolu ilə nəzarətin təmin olunması olduğunu bildirib. Artıq Ukraynanın paytaxtı Kiyev və digər böyük şəhərlərdə əhali qorunmaq üçün metro stansiyalarından istifadə edir.