Çapa göndər
Rus ordusu Xarkova daxil oldu

24 fevral 2022 - 11:55

Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.

“Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, - məlumatda vurğulanıb.