Çapa göndər
Parlamentdə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat qəbul ediləcək

22 fevral 2022 - 16:23

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat qəbul edəcək.

Parlamentin fevralın 25-də keçiriləcək iclasının gündəliyinə “Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.