22 fevral 2022 - 10:50
Rusiya qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıyıb.
Müvafiq qərar Rusiya prezidenti Vladimir Putinin sədrliyilə keçirilən ölkənin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib və dövlət başçısı tərəfindən xalqa müraciəti zamanı bəyan olunub. Putin canlı efirdə hər iki qondarma dövlətin tanınması ilə bağlı qərarları imzalayıb.
Qeyd edək ki, Şuranın iclasında onun üzvləri yekdilliklə qondarma respublikaların tananmasına tərəfdar çıxıblar. Onlar bu addımı hazırda Donetsk və Luqanskda yaranmış gərginliyi aradan qaldırmağın yeganə yolu kimi qiymətləndiriblər