Çapa göndər
Opera Studiosunda son KVN çempionları Fizakanın Tiktoknamə adlı solo konserti baş tutacaq

21 fevral 2022 - 19:28

Mart ayın 13-ü Opera Studiosunda son KVN çempionları Fizakanın Tiktoknamə adlı solo konserti baş tutacaq. Fizaka KVN komandası 2015-ci ildə Universitet tərkibində yaradılıb. Bir çox yarışmalarda universiteti təmsil edən komanda konsertlər ilədə yadda qalıb. 2019-cu ildə Azərbaycan çempionu olduqdan sonra komanda müstəqil fəaliyyətə başlayıb. Fizaka KVN komandasının sonuncu konserti məhz həmin ilin oktyabr ayında Payız konserti adı altında olub.


Komandanın bəddi rəhbəri və produseri Səttar Qulamov bilirib ki, Tiktoknamə adlı konsertə 3 aydı ki hazırlıq gedir. Konsertdə son zamanlar Tiktok trendləri fenomenlər yumor prizmasından ciddi tənqid olunacaq. Azərbaycan yumoru sosial şəbəkə trendi yox səhnə, filmdir. Geniş tamaşacı qarşısında olacaq bu konsertə məşhur simaların dəvəti iştirakı olacaq. Komanda intensiv olaraq məşqlər edir, konsertə həm yaradıcı həm texniki tərəfdən ən yüksək səviyyədə hazırlaşır. Odur ki mart ayın 13-ü Opera Studiosunda bütün KVN sevərləri bu konsertdə gözləyirik.