Çapa göndər
Ukrayna ilə sərhəddə rus əsgərləri "unuduldu"

21 fevral 2022 - 16:44

Rusiya-Ukrayna sərhədindən cəmi 14 kilometr aralıda yerləşən vağzalda rus əsgərlərinin fotoşəkilləri yayılıb. 

Rusiyanın burada öz əsgərlərini unutduğu, bölgə əhalisinin aclıq çəkən əsgərlərə yemək və su verdiyi iddia edilib.

Belə ki, sosial mediada Rusiyanın elit motorlu bölməsinin 100-dən çox əsgəri Ukrayna sərhədinin Veselaya Lopan qəsəbəsindəki Dolbino qatar stansiyasında yerdə uzanmış vəziyyətdə fotoları  yayılıb. 

Hətta Rusiya mətbuatı əsgərlərin “unudulduğunu” yazıb. Bildirilir ki,  bundan sonra stansiyadakı əsgərlər bazar günü axşam saatlarında rus ordusu tərəfindən başqa əraziyə köçürülüb.