Çapa göndər
Zelenski Ukrayna, Almaniya və Türkiyə ilə BMT TŞ sammitinin keçirilməsini təklif edib

19 fevral 2022 - 20:12

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib.

O, bu barədə şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.

"Mən yaxın həftələrdə Avropada təhlükəsizlik problemlərinin həlli üçün Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlərin sammitini çağırmağı təklif edirəm", - Zelenski qeyd edib.

Bundan əlavə, Ukrayna Prezidentinin sözlərinə görə, o, BMT Təhlükəsizlik Şurasına Ukrayna üçün yeni, effektiv təhlükəsizlik təminatları hazırlamağı təklif edir.