Çapa göndər
Yüzlərlə TIR Donetskə daxil ola bilmir

19 fevral 2022 - 17:30

Rusiya ilə Ukraynanın müvəqqəti işğalda olan ərazisi olan Donetsk bölgəsinin "sərhəd"ində böyük tıxac yaranıb. Bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, Uspenka "sərhəd zastavası"nda növbəsini gözləyərək ilişib qalan yük maşınlarının sayı-hesabı bilinmir. Bununla bağlı Telegram kanallarında video da yayılıb.
 

Ukrayna xüsusi təyinatlılarının döyüşünə dair görüntülər yayıldı - VİDEO

Jurnalistlərin sözlərinə görə, kadrlar bu gün günorta saatlarında Rostov vilayətində qeydə alınıb.Nəhəng tıxacı yolboyu lentə alan videonun müəllifi isə artıq TIR növbəsinin 2 kilometrə çatdığını deyir.

Qeyd edək ki, son sutkada Donetskdə gərginlik artıb. Separatçılar müharibə təhlükəsinin artması səbəbindən yerli əhalini Rusiyaya köçürürlər. Ukrayna isə heç yerə hücum planlaşdırmadığını bəyan edib. Əksinə, Kiyev bu gün separatçıların açdığı ağır artileriya atəşləri nəticəsində bir Ukrayna hərbçisinin öldüyünü bəyan edib.