Çapa göndər
Ermənilər Simonyanın prezident sarayındakı fotosunu lağa qoydular

19 fevral 2022 - 12:54

Hazırda Ermənistan prezidentinin səlahiyyətlərini icra edən parlamentin sədri, Nikol Paşinyanın yaxın silahdaşı olan Alen Simonyan növbəti dəfə erməni cəmiyyətinin tənqidinə tuş gəlib. Yerli media Simonyanın prezident sarayından bayraqla paylaşdığı fotosunun sadə ermənilərdə nifrətlə qarşılanmasından yazıb.

Simonyanın Ermənistan bayrağı ilə poza verməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkələrin erməni seqmentində onu lağa qoyur, adını statuslarda işarələməklə spikeri gülməli şəkildə təqlid edib fotolar paylaşırlar. Hamı spikerə etirazını bu formada bildirir. Hətta bəziləri Aleni rusca "Olen" sözü olan maralla müqayisə edərək onun artıq buynuz çıxarmasını da yazıb...

İctimai fəal Sargis Parsamyan isə yazıb ki, "Pərdəni ata evindən gətirməmisən. Bir gün onu yumağa aparacaqsan... 4 ildir ki, Ermənistan bayrağını tapdalayırsan və bayrağın üstündən enmirsən. Yəqin sol tərəfdə görünən bayrağın fotoşop olmasını da sezirsiniz.",-saytlar yazıb.

Xatırladaq ki, Alen Simonyan iki ay öncə Azərbaycanda saxlanılan erməni məhkumlarla bağlı qalmaqallı açıqlaması ilə ölkəsində nifrətlə qarşılanmışdı. Yayılan videoda spiker iki nəfərlə söhbət zamanı "Mənim üçün erməni əsir" yoxdur deməsi ilə diqqət çəkmişdi.