Çapa göndər
Türkiyə XİN ölkə vətəndaşlarına Ukrayna ilə bağlı müraciət etdi

12 fevral 2022 - 19:28

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynadakı təhlükəsizlik durumunun yaxından izlənildiyini bəyan edib.

Türkiyə XİN ölkə vətəndaşlarını məcburiyyət olmadığı halda Ukraynanın şərq sərhədindəki bölgələrə səyahət etməməyə çağırıb.

Türkiyə XİN Ukraynadakı ölkə vətəndaşlarına şəxsi təhlükəsizlikləri ilə bağlı bütün tədbirləri görməyi və Ukraynanın şərqinə məcburi səyahətdən əvvəl Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.