Çapa göndər
Bu bitki vasitəsilə koronavirusu müalicə edin

12 fevral 2022 - 19:21

Qədim zamanlarda təbabətdə biyan kökündən ağ ciyər xəstəlikləri, sidik kisəsi, soyuqdəymə xəstəlikləri zamanı istifadə edilirdi. Belə hesab olunurdu ki, biyan kökü insan ömrünü uzadır, orqanizmi cavanlaşdırır.

 

Qədim Çin kitablarında biyan kökünün faydası haqqında məlumatlar var. Çin Səhiyyə Komitəsi də digər müalicə üsulları ilə yanaşı biyan kökündən koronavirusun müalicəsində yararlanmağı tövsiyə edir.

 

Biyan öskürək, bəlğəm və səsin xırıldamasını aradan qaldırır, immun sistemini qüvvətləndirir. Bədənin hüceyrələrində yaranan ağrılara və temperaturu salmağa təsirlidir.

 

Qastrit, xora kimi mədə narahatlıqlarına, qəbizlik probleminə və sidik kisəsi xəstəliyinə faydalıdır. Ayaq və bədən kramplarının müalicəsində istifadə olunur. Biyan kökü dəridə sədəf, sızanaq kimi problemlərin qarşısını alır. Ağız içindəki aft yaralarına qarşı biyan kökünün suyu ilə qarqara edililir. Addison (böyrəküstü vəzinin qabıq maddəsinin hormon çatızmaşlığı olduqda yaranan xəstəlik) xəstəliyində biyan kökü faydalı bir bitkidir. Böyrək daşlarını təmizləyir. Təzyiq tarazlığını saxlayır. Antioksidant və antimikrob xüsusiyyətləri var.

Gut xəstəliyində istifadə edilməsi məsləhət görülür.

Çiban yaralarına qarşı istifadə edilə bilər.

Gel halına gətirilərək ekzema zamanı istifadə edilir.

Bəlğəmə qarşı biyan kökü gün içərisində səhər, günorta, axşam 1 qram istifadə olunur.

 

Qastrit və xoraya qarşı isə 20 qram biyan kökü çeynənərək istehlak edilir. Və ya 1 çay qaşığı kətan toxumu ilə 30 qram biyan kökü 1 litr suda 20 dəqiqə qaynadılaraq gün ərzində səhər, günorta, axşam içilir. Bu qarışım öskürəyə də çox faydalıdır.

 

Qeyd edək ki, biyan kökü çox qəbul edildiyində şiş meydana gətirə bilər. Bədəndə kalium itkisinə səbəb olur və yüksək təzyiq meydana gətirə bilər. Buna görə həddindən artıq miqdarda qəbul edilməməsi lazımdır. Hipertoniya, şəkərli diabet, bəzi ürək xəstəlikləri zamanı biyan kökündən istifadə olunmur. Bu səbəbdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.