Çapa göndər
Azad olunmuş ərazilərdə xəstəxanalar tikiləcək

08 fevral 2022 - 14:42

İşğaldan azad edilmiş ərazilərdə beş ədəd modul tipli xəstəxananın tikilməsi ilə bağlı proses gedir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.

Onun sözlərinə görə, artıq Şuşada modul tipli xəstəxana tikilərək istifadəyə verilib: “Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı sənədləşdirmə prosesi həll edilir. Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək. Modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq”.