Çapa göndər
Prezident Yaşar Həsənovu vəzifəsindən azad etdi

07 fevral 2022 - 19:06

Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.