Çapa göndər
Mal-qara dərmanı içib intihar etmək istədi

05 fevral 2022 - 19:46

Goranboyda 48 yaşlı qadın heyvanların müalicəsi üçün istifadə olunan dərmanı içərək intihar etmək istəyib.

Hadisə Veysli kəndində qeydə alınıb. Kəlbəcər rayon sakini 1974-cü il təvəllüdlü E.İbrahimova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 48 yaşlı qadın mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən "Niastol" adlı kimyəvi məhlulu içib. Onun məhlulu hansı səbəbdən içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.Unikal.org