Çapa göndər
Baş nazirdən regional təhsil idarələri ilə bağlı qərar imzaladı

04 fevral 2022 - 20:18

Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddi müəyyən edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 204 ştat vahidi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçilərinin say həddi 105 ştat vahidi və regional təhsil idarələrinin işçilərinin say həddi 717 ştat vahidi müəyyən edilir.