Çapa göndər
Ərdoğan İlham Əliyevlə Ukraynanı müzakirə edib

04 fevral 2022 - 16:58

“Bu arada Azərbaycan Prezidenti İlham Əliyevin də Ukraynaya səfəri olub. Bundan başqa, Boris Consonun da səfəri baş tutdu”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə bildirib.

“Cənab İlham Əliyev qardaşımla səfərindən sonra bəzi müzakirələrimiz oldu”, - Ərdoğan vurğulayıb.