Çapa göndər
Ermənistan prezidentinin səlahiyyətləri bu şəxsə həvalə edildi

01 fevral 2022 - 12:20

Ermənistan parlamentinin spikeri Alen Simonyan prezidentin səlahiyətlərini müvəqqəti olaraq icra edəcək.

O, Konstitusiyaya uyğun olaraq, yeni Prezident seçilənə qədər dövlət başçısının səlahiyyətlərini icra edəcək.

Vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. Bu gün spiker Alen Simonyan Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı qərar imzalayıb.