Çapa göndər
Tibbi maskalar yenidən emala gedəcək

29 yanvar 2022 - 20:12

Koronavirus pandemiyasından qorunmaq üçün istifadə etdiyimiz tibbi maskaların təkrar emal edilməsi planlaşdırılır. 

 "Journal of Energy Storage" jurnalında dərc edilən araşdırmaya görə, koronavirus pandemiyasında dünyada hər ay 130 milyarddan çox maska istifadə edilir. 

Bu da yüzlərlə ton polimer tullantıları deməkdir. 

Maska tullantılarının yandırılması zamanı zəhərli qazlar ayrılır, ona görə də maskaların emalı və təkrar istifadəsi gündəmdədir.