Çapa göndər
Ermənistanda veteranlar üçün xəstəxana açılacaq

29 yanvar 2022 - 18:48

"Veteran oğlanların bütün problemlərinin həll ediləcəyi multidissiplinar tibb müəssisəsinə çevriləcək Veteranlar Xəstəxanasının açılması planlaşdırılır. O, əlillərin, məsələn, kor və ya psixoloji problemləri olan insanların ehtiyaclarına tam uyğunlaşdırılacaq", - deyə Minasyan bildirib.

Layihənin büdcəsi 25 milyon dollar təşkil edəcək. ABŞ-da keçirilən ilk marafonun köməyi ilə təxminən yarım milyon dollar toplanıb. Tezliklə ümumerməni kampaniyasının elan ediləcəyi gözlənilir.

Yaralı və əlil əsgərlərə bütün lazımi xidmətlər göstərildikdə layihələrin “paketi” tamamlanacaq.“Tibbi yardıma ehtiyacı olan heç bir hərbçi bu məsələni necə həll etmək barədə düşünməməlidir”, - deyə Minasyan əlavə edib. 

Layihə "Family Rescue Fund" (Ailə Xilasetmə Fondu) tərəfindən dəstəklənəcək.