Çapa göndər
Paşinyan tədbirə qatılmamaq üçün "koronavirusa yoluxub"

27 yanvar 2022 - 13:00

"Nikol Paşinyan Ordu Gününə həsr olunmuş tədbirdə iştirak etmək istəməyib və bu səbəbdən onun koronavirusa yoluxduğunu bildirib". 

Bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Paşinyanın koronavirusa növbəti dəfə yoluxmasına çoxları şübhə ilə yanaşır:

“Xəstəliyin simptomsuz olduğu bildirilir. Çoxlarını maraqlandırır ki, əgər belədirsə, Paşinyanı testdən keçməyə nə məcbur edib? Və baş nazir infeksiya əlaməti olmasaydı, həkimə müraciət edərdi?”.

Qəzetin yazdığına görə, bütün bunlar 28 yanvara planlaşdırılan Ordu Günü tədbirləri ilə bağlıdır:

“Sabah K.Dəmirçyan adına İdman Kompleksində 44 günlük müharibənin iştirakçılarının iştirak edəcəyi tədbir planlaşdırılır. Şayiələrə görə, təşkilatçılar təsirli emosional tamaşa hazırlamaq istəyiblər, lakin müharibə veteranları bundan imtina ediblər. Paşinyan da şou olmayan, adi tədbirdə iştirak etmək istəməyib”.