Çapa göndər
Kəlbəcərdə xidmət edən erməni keşişlər Xankəndində mükafat aldılar

24 yanvar 2022 - 22:00

Azərbaycan Respublikası Kəlbəcər rayonunun işğaldan azad edilmiş hissəsində yerləşən, lakin 10 noyabr üçtərəfli razılaşmasına əsasən Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətinə verilmiş  qədim xristrian türk mədəniyyətimizin yadigarı olan Xudavəng məbədində xidmət edən erməni keşişləri Xankəndindəki separatçı rejimin mükafatlarına layiq görülüblər.

Bu haqda  erməni mediası məlumat yayıb. 

Separatçı rejimin  qanunsuz “dövlət naziri” sayılan  Artak Beqlaryan  ad-soyadlı məxluq Kəlbəcərdəki məbədimizdə xidmət edən keşişlərə  xuntanın cinayətkar rəhbəri Araik Arutyunyan adından "Təşəkkür" medalları təqdim edib.

A.Beqlaryan 8 aylıq xidmətdən sonra Xudavəngdən qayıdan keşişləri erməni apostol kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri yepiskop Vrtanes Abramyanla birlikdə qəbul edib.