Çapa göndər
Bakıda zibil qutularını oğurladılar

24 yanvar 2022 - 15:57

Səbail rayonu, M.Müşfiq küçəsində MKTB-yə məxsus 5 ədəd məişət tullantıları qabları oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qobustan rayon sakinləri M.Ağayev və T.Məhərrəmov müəyyən edilərək saxlanılıblar.