Çapa göndər
Avtomobil evin divarına çırpılaraq aşdı

24 yanvar 2022 - 14:33

Bakıda yerli qəsəbələrin birində dəhşətli avtomobil qəzası baş verib.

Qəza ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Hadisənin Binə qəsəbəsində qeydə alındığı deyilir. Avtomobil yüksək sürətlə hərəkət edərkən qəfildən evin divarına çırpılıb.

Qəzadan sonra avtomobili idarə edən sürücünün komaya düşdüyü bildirilir.