Çapa göndər
Gülağa Tənha - II kitab - çıxışçı Məryam xanım Süleymanova

20 yanvar 2022 - 10:27

 Xeyriyyəçi-şair Gülağa Tənhanın geniş oxucu kütləsinə təqdim olunan sayca II kitabı “Dərdin nazını çəkmə” adlı şeirlər kitabı adlanır. 23 fevral tarixində həmin təqdimatın geniş icmalını və bədii hissəni yayımlamışdıq. Kitab təqdimatında ilk çıxışçı Məryam xanım Süleymanovadır. O, müəllifin “Vətənə gələndə” adlı şeirinə, əməkdar artist Elza Seyidcahanın bəstələdiyi mahnı ilə səhnəyə daxil olur və sinvolik olaraq Azərbaycan bayrağına libasında rəqs edir... Daha əvvəl isə tədbirin aparıcıları xeyriyyəçi-şair Gülağa Tənha haqqında məlumat verərək bu günə qədər dərc olunan kitabları da xatırladırlar... Ətraflı video linkdə...

 

 

Gülağa Tənha "VƏTƏNƏ GƏLƏNDƏ"

Qabağına yüyürər
Yol Vətənə gələndə.
Məcrasına sığışmaz
Sel Vətənə gələndə.
Saçına daraq olar
Yel Vətənə gələndə.
Ayağına sərilər
Gül Vətənə gələndə.
Gözdən həsrət yaşını
Sil Vətənə gələndə.
Gələndə oğul kimi
Gəl Vətənə gələndə!