Çapa göndər
"Trendyol"dan paltar alanların nəzərinə!

19 yanvar 2022 - 16:33

Türkiyənin elektron ticarət platforması olan "Trendyol" məhsullarını alıcılara birbaşa, karqo şirkətlərinin vasitəçiliyi olmadan çatdıracaq.

Bu barədə şirkətin prezidenti Çağlayan Çətin məlumat verib. Onun sözlərinə görə, məhsulların əsas satış bazarları olan Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri və anbarlar yaradılacaq.

"Məqsədimiz Türkiyədəki məhsullarını Avropa və Yaxın Şərq ölkələrində müştərilərin qapısına çatdırmaqdır. Biz bu məhsulların elektron ixracının texnoloji və logistika infrastrukturuna böyük sərmayə qoyacağıq, bununla da istehsalçıları 500 milyon müştəri ilə görüşdürəcəyik. Bunun üçün platformamıza alman və ərəb dilləri də əlavə olunacaq".